Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan prokuroru Rumıniya Polisində və Sərhəd Xidmətində yoxlamada iştirak etmişdir

14.11.2022

  Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) Rumıniya Respublikasında Mərkəzi İcra Hakimiyyəti və Hüquq Mühafizə Orqanlarında korrupsiyanın qarşısının alınması məqsədilə V Raund dəyərləndirmə çərçivəsində noyabr ayının əvvəlində beynəlxalq ekspert qrupunu həmin ölkəyə ezam etmişdir.
  Beynəlxalq Ekspert Qrupunun tərkibində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Rumıniya Daxili İşlər Nazirliyi, Polis Baş Təşkilatı və Sərhəd Polisi Xidməti üzrə aparıcı dəyərləndirici olmuşdur. Səfər əsnasında həmin ölkənin səlahiyyətli qurumları tərəfindən hazırlanmış hesabat yerində yoxlanılaraq Daxili İşlər Nazirliyinin Daxili Araşdırmalar İdarəsinin, Müfəttişliyinin, əməliyyat-axtarış qurumlarının rəhbərləri, həmçinin Rumıniya Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluğu ilə görüşlər keçirilmişdir. Dəyərləndirmə çərçivəsində maraqlar toqquşmasının qarşısının alınması, hədiyyələrin, gəlirlərin və maliyyə maraqlarının bəyan olunması və etik davranış qaydaları, həmçinin əməkdaşların mütəmadi yoxlanılması, hazırlanması və təlimləndirilməsi sahəsində normativ baza və təcrübənin beynəlxalq standartlara uyğunluğu yoxlanılmışdır.
  Dəyərləndirmə nəticəsində hazırlanacaq hesabat layihəsi GRECO-nun növbəti plenar iclasına çıxarılacaq. Hesabat qəbul olunduqan sonra müvafiq tövsiyyələrin icra olunması üçün Rumıniya hökumətinə təqdim olunması nəzərdə tutulur.
  Azərbaycan Respubikasının GRECO-dakı nümayəndə heyətinin rəhbəri Elnur Musayev bundan əvvəl Litva və Şimalı Makedoniya respublikalarının

  Polisində dəyərləndirmələr həyata keçirmiş, ümumilikdə isə 3 beynəlxalq təşkilatın beynəlxalq eksperti qismində 16 ölkədə dəyərləndirmələr aparmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.