Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstanın təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Prokurorluğunun işçiləri iştirak edib

05.11.2022

Cinayətkarlığın müasir inkişaf meyllərinin və regional xüsusiyyətlərinin, ona qarşı mübarizənin yeni üsullarının və qabaqcıl təcrübənin, həmçinin xarici ölkələrin hüquq-mühafizə tədris müəssisələrinin təhsil və elmi resurslarının öyrənilməsi məqsədi ilə Azərbaycan Prokurorluğu elmi-metodiki konfransların, seminarların və müşavirələrin keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda bu tədbirlər nəticəsində cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqələr yaranır, beynəlxalq əməkdaşlıq möhkəmlənir və etibarlı tərəfdaşlıq münasibətləri inkişaf edir.
Cari ilin 4 noyabr tarixində Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan SSR Prokuroru O.S.Seitovun xatirəsinə həsr edilmiş “Hüquq-mühafizə orqanlarının fəaliyyətinin aktual məsələləri” mövzusunda qarışıq formatda (online və offline) beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirə digər dövlətlərin prokurorluq işçiləri və hüquq sahəsində alimləri ilə yanaşı, online formatda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov, şöbə böyük prokuroru Nigar Əskərova və şöbə prokuroru Rauf Abdullayev qoşulublar. Konfransın plenar sessiyasında Nigar Əskərova “Azərbaycan Respublikasında prokurorun konstitusion-hüquqi statusu” adlı məruzə ilə rus dilində çıxış edərək, təmsilçilərimiz tədbir iştirakçılarını maraqlandıran suallarını cavablandırıblar.
Sözügedən tədbir çərçivəsində Qazaxıstan tərəfinin təşəbbüsü ilə “Qazaxıstanda və MDB üzv dövlətlərində prokurorun konstitusion-hüquqi statusu” mövzusunda aparılmış müqayisəli-hüquqi tədqiqatda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin iştirakı xüsusi vurğulanaraq, Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.