Şriftin ölçüsü :

Saytın rəngi :

Sabiq məktəb direktorunun qanunsuz hərəkətləri barədə olan cinayət işi məhkəməyə göndərilib

31.10.2022

  Xəbər verildiyi kimi, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

  Aparılmış istintaq zamanı, Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin sabiq direktoru Mətanət Məmmədovanın işlədiyi müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir.

  Mətanət Məmmədovanın Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən təkrar istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.