Şriftin ölçüsü :

Saytın rəngi :

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktorunun mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb

28.10.2022

  Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

  Aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114  manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə  öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

  Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.