Şriftin ölçüsü :
Saytın rəngi :
“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 11.10.2022-ci il tarixli Qanunu ilə “Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilərək qüvvəyə minmişdir.
“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolda “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilmiş, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulmuşdur.
Bundan başqa, ekstradisiya və cinayət işləri üzrə hüquqi yardım məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Protokol aşağıdakı bəyanatlarla təsdiq edilmişdir:
“1. Dördüncü Əlavə Protokolla dəyişiklik edilmiş Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar dedikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulur.
2. Bu Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.”
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı