Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Beynəlxalq uşaq oğurluğu)

26.10.2022

  Beynəlxalq uşaq oğurluğuna aid işlərdə Avropa Konvensiyasının 8-ci maddəsinin iştirakçı dövlətlərin üzərinə qoyduğu öhdəliklər şərh edilərkən xüsusən Beynəlxalq uşaq oğurluğunun mülki-hüquqi aspektləri haqqında 25 oktyabr 1980-ci il tarixli Haaqa Konvensiyası (İqlesias Hil və A.U.I. İspaniyaya qarşı, §51; İnyakkolo-Zenide Rumıniyaya qarşı, §95) və Uşaq hüquqları haqqında 20 noyabr 1989-cu il tarixli Konvensiya (Maire Portuqaliyaya qarşı, §72) nəzərə alınmalıdır.
  Avropa Konvensiyasının və Haaqa Konvensiyasının uzlaşdırılmış şərhinə nail olmaq üçün Haaqa Konvensiyasının uşağın dərhal geri qaytarılmasını nəzərdə tutan 12, 13 və 20-ci maddələrinin tətbiqindən istisna təşkil edən amillərin mövcud olması hər şeydən əvvəl sorğu verən məhkəmə tərəfindən nəzərə alınmalıdır, həmin məhkəmə bu məqamla bağlı kifayət qədər əsaslandırılmış qərar çıxarmalı və sonra uşağın geri qaytarılması məsələsi Avropa Konvensiyasının 8-ci maddəsinin işığında qiymətləndirilməlidir. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 8-ci maddəsi dövlət orqanlarının üzərinə belə bir prosessual öhdəlik qoyur ki, uşaqların geri qaytarılması üçün verilmiş vəsatəti qiymətləndirərkən məhkəmələr uşağın geri qaytarılacağı təqdirdə ziyana məruz qalacağına dair "ciddi riskin" mövcudluğu barədə əsaslı iddiaları nəzərdən keçirməli və konkret əsaslar gətirməklə qərar qəbul etməlidirlər. "Ciddi risk" anlayışının dəqiq xarakterinə gəlincə, Haaqa Konvensiyasının 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulmuş istisna hal yalnız uşağın həmin riskə məruz qalacağına şübhə yaradan əsaslı halların olmadığı situasiyaları əhatə edir (X Latviyaya qarşı [BP], §106-107).
  Uşaq oğurluğu ilə bağlı işlərin təxirəsalınmazlığı nəzərə alınaraq bu cür işlərdə məhkəmə qərarlarının icrası adekvat və səmərəli xarakter daşımalıdır (V.P. Rusiyaya qarşı, §154).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.