Şriftin ölçüsü :
Saytın rəngi :
Rasim Abuşov Azərbaycana qarşı işdə (№ 76251/11; 27.02.2020) Avropa Məhkəmə qeyd etmişdir ki, ərizəçi ilə övladları arasındakı əlaqənin Konvensiyanın 8-ci maddəsinin mənasına uyğun olaraq “ailə həyatı” sahəsinə aid olması ümumi əsasdır. Lakin insan hüquqlarının müdafiəsi aləti olan Konvensiyanın obyekti və məqsədi onun müddəalarının nəzəri və ya xəyali deyil, praktiki və effektiv olması üçün istifadə olunmasını tələb edir. Avropa Məhkəməsi 8-ci maddənin pozuntusunu tanıdığı bu qərarda ərizəçinin uşaqlarını kifayət qədər görə bilməməsinin onun şəxsi və ailə həyatı hüququna müdaxilə təşkil etdiyini qeyd etmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı