Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü “isti izlər”lə açılıb

24.10.2022

  Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
  Belə ki, oktyabrın 22-də Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Ruslan Bayramovun üzərində xəsarət izləri olan meyitinin kirayə yaşadığı evdə aşkar  edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
    Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  
   Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Mustafa Eyyubovun oktyabrın 19-da aralarında baş vermiş mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
  Mustafa Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.