Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən daxili işlər, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşları üçün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təşkil edilmiş təlim uğurla başa çatmışdır

20.10.2022

  Carı ilin oktyabr ayının 18-dən 20-dək  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, hüquq mühafizə orqanları əməkdaşlarının peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri və aktual problemləri” mövzusu üzrə təlim keçirilmişdir.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktuallığı və praktiki əhəmiyyəti nəzərə alınaraq, distant formada və canlı vaxt rejimində keçirilən təlimdə daxili işlər, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşları dinləyici qismində iştirak etmişlər.

  Tədbirə təlimçi qismində Baş Prokurorluğun, habelə Daxili İşlər Nazirliyinin peşəkar əməkdaşları cəlb edilmişlər.

  Kurs çərçivəsində dinləyicilərə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları” və sair mövzular üzrə məşğələlər tədris edilmişdir.

  Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində təlim-tədris tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.