Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Valideyn-uşaq ünsiyyəti (1)

20.10.2022

  Ləman Babayeva Azərbaycana qarşı qərarda (№ 57724/11; 30.01.2020) 8-ci maddənin pozuntusunu tanıyan Avropa Məhkəməsi bildirmişdir ki, 8-ci maddə milli hakimiyyət orqanlarının uşağın və valideynlərin maraqları arasında ədalətli tarazlığı təmin etməsini tələb edir və balanslaşdırma prosesində, mahiyyəti və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün ola bilən uşağın maraqlarına xüsusi diqqət yetirilməlidir.
  Avropa Məhkəməsinə görə ailə həyatı, xüsusilə də valideynlərin uşaqları üzərindəki valideynlik səlahiyyətlərini həyata keçirmələri, onların valideynlik məsuliyyətləri lazımi dərəcədə nəzərə alınmaqla xüsusilə Konvensiyanın 8-ci maddəsi ilə tanınır və qorunur. Ailə həyatına mane olan daxili tədbirlər, məsələn, uşaqların yaşayış yerinin bir valideynə verilməsi kimi bir qərar, ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir. Bu cür müdaxilə qanuna uyğun olaraq 8-ci maddənin 2-ci bəndində qeyd edilən qanuni məqsədə və ya məqsədlərə müvafiq deyilsə və demokratik cəmiyyətdə zəruri deyilsə bu maddənin pozuntusunu təşkil edir. Bu cür zərurət müdaxilənin aktual bir sosial ehtiyaca uyğunluğunu və xüsusən də həyata keçirilmiş qanuni məqsədə mütənasibliyini nəzərdə tutur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.