Şriftin ölçüsü :
Saytın rəngi :
15 iyul 2022-ci il tarixdə Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.
Toplanmış sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı