Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul etmişdir

12.10.2022

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına  uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək  həll olunması üçün müvafiq tədbirlər görülür.
  Oktyabrın 12-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl, Kəlbəcər və digər rayonlardan olan vətəndaşları qəbul edib.
  Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
  Daha sonra Baş prokuror Kamran Əliyev  Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə gedərək şəhid olan mülki şəxslərin xatirəsini yad edib.
  Qəbulda iştirak edən 112 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
  Qəbuldan sonra Baş prokuror Samux, Göygöl və Kəlbəcər rayon, eləcə də Gəncə hərbi  prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.