Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsi həyatın gizli qalmalı olan aspektləri (privatlıq - 1)

11.10.2022

  Avropa Məhkəməsinin ardıcıl olaraq qeyd etdiyi kimi, "şəxsi həyat" anlayışı fərdin şəxsiyyəti ilə əlaqədar olan aspektləri, məsələn, onun adını, fotosunu və ya fiziki və mənəvi toxunulmazlığını əhatə edir; Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş təminat ilk növbədə hər bir fərdin digər insanlarla münasibətlərində kənar müdaxilə olmadan şəxsiyyətini inkişaf etdirməsi məqsədini daşıyır. 
  Beləliklə, hər bir fərdin digər şəxslərlə qarşılıqlı münasibətləri dairəsi mövcuddur ki, hətta həmin münasibətlər ictimai kontekstdə formalaşsa belə, "şəxsi həyat" anlayışının tətbiq dairəsinə düşə bilər (Fon Hannover Almaniyaya qarşı (№2) [BP], § 95). 
  Bundan əlavə, "şəxsi həyat" termini elə geniş əhatə dairəsinə malikdir ki, onun tam anlayışını vermək mümkün deyil, belə ki, o, fərdin fiziki və psixoloji toxunulmazlığını əhatə edir və buna görə də onun identikliyinin bir çox aspektlərini, məsələn, onun cinsi identikliyini və seksual oriyentasiyasını, adını və ya imicinin toxunulmazlığı hüququ ilə əlaqədar elementləri özündə ehtiva edə bilər. O, həmçinin elə fərdi məlumatları əhatə edir ki, şəxs əsaslı olaraq özünün razılığı olmadan onların dərc edilməyəcəyini güman edə bilər ("Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], § 83).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.