Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin NƏZƏRİNƏ

10.10.2022

  Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 07 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 24-cü müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Həmin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər aşağıda qeyd olunan sənədləri 17 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək hər gün (həftənin bazar günü istisna olmaqla) saat 09:30-dan saat 18:00-dək (şənbə günü isə saat 13:00-dək) Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri Nigar Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər:

- 3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086-poliklinikanın möhürü ilə təsdiq olunmuş fotoşəkilli), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış;

- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti;

- həmçinin ilkin sənəd qəbulu zamanı elektron poçt vasitəsilə göndərilmiş sənədlər (müvafiq ərizənin, kadrlar uçotunun şəxsi vərəqəsinin və tərcümeyi-halın əslini, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun, diploma əlavənin (qiymət cədvəlinin), xarici diplom olduğu halda onun Azərbaycan dilinə tərcüməsinin və tanınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətlərini, və 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil).

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.