Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilmişdir

06.10.2022

  Oktyabrın 6-da Baş Prokurorluqda Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş Baş Prokurorluğun 2022-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsi və FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Baş Prokurorluğunun mərkəzi aparatında fəaliyyət göstərən idarələr üzrə mülki müdafiə məşqinə dair tədbir keçirilmişdir. 
  Tədbirin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı funksional vəzifələrin öyrənilməsi, əməkdaşların təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin praktiki vərdişlərin artırılması olmuşdur. 
  Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin prokuroru Zəkayi Yusifli çıxış edərək mülki müdafiənin təşkili məsələlərinin əhəmiyyətini vurğulamaqla prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs etmişdir.
  Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları İlham Söhbətov, İlqar Əsgərov və Şəmsəddin Hüseynov mövzu ilə bağlı çıxış edərək fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması və insanların sağlamlığının qorunmasına yönəldilən tədbirlər barədə ətraflı məlumat vermişdir. 
  Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilmiş qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.