Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr uğurla inkişaf etdirilir

04.10.2022

  Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
  Belə tədbirlərin davamı Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı 26-30 sentyabr tarixlərində Paris şəhərində Fransa Respublikasının Milli Maqistratlar Məktəbi (ENM) tərəfindən “Beynəlxalq terrorizmə və zorakı radikallaşmaya məhkəmə yanaşması” mövzusunda təşkil olunmuş təlim kursunda iştirak edib. Terrorizmə qarşı mübarizə sahəsində Fransa hökuməti tərəfindən əldə edilmiş təcrübənin və həmin sahədə qazanılmış son nailiyyətlərin mübadiləsi məqsədi ilə təşkil olunmuş təlim kursunda dünyanın 13 ölkəsindən 15 nümayəndə, o cümlədən bu sahədə ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Sonda təlimi uğurla başa çatdırmış iştirakçılara sertifikat təqdim edilib.
  Həmçinin, 29-30 sentyabr tarixlərində həmin idarənin prokuroru Nigar Yahyazadə Strasburq şəhərində müxtəlif dövlətlərin və təşkilatların nümayəndələri, habelə bu sahədə mütərəqqi təcrübəyə malik müstəqil ekspertlərin də iştirak etdiyi Avropa Şurasının təşkilatçılığı ilə yaradımış “Nifrət cinayətləri üzrə ekspert” komitəsinin 2-ci iclasında iştirak edib. İclasda nifrət cinayətlərinin istintaqı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları üçün tövsiyyə layihəsi müzakirə edilərək, izah memorandumunun qəbul edilməsi təklif olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.