Şriftin ölçüsü :

Saytın rəngi :

Ustanın elektrik cərəyanı vurması məticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

30.09.2022

  Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat  daxil olmuşdur.
  Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölmüşdür.
  Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.