Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarı

21.09.2022

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxaraq qərar qəbul etmişdir.

  Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən  Azərbaycan Respublikasının Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prokurorluğuna ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əməkhaqqının saxlanılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.