Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək - “Prokuror aktlarının növləri”

12.09.2022

  Bildiyiniz kimi, tərəfimizdən təqdim edilən #heç bilirdinizmi və #maarifləndirmə rubrikalarında “Prokuror aktlarının növləri” və bu aktın bir növü olan “xəbərdarlıq” barədə ictimaiyyətə məlumat verilmişdir.
  İndi təqdim olunan videoçarxda isə prokuror aktların biri olan “təqdimat” barədə məlumat verilir.
   Prokuror “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir.
  Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı məlumat verilməlidir.
  Təqdimata kollegial orqan tərəfindən baxıldıqda iclasın keçirilmə vaxtı barədə prokurora azı 3 gün əvvəl məlumat verilməlidir.
  Prokuror təqdimata kollegial orqan tərəfindən baxılmasında iştirak edə bilər.
  Prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da təqdimat verə bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.