Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, sentyabrın 8-i saat 18 radələrində Abşeron rayonu, Fatmayı kəndində 1959-cu il təvəllüdlü Elşad Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Elşad Məmmədov qeyd edilən kənd ərazisində yerləşən fərdi yaşayış evində usta kimi suvaq işləri görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən ölmüşdür.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı