Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır

05.09.2022

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.