Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığı (İnternetdə yetkinlik yaşına çatmayan şəxslərin mənafeləri)

31.08.2022

Yetkinlik yaşına çatmayan şəxs barəsində “qərəzli niyyətlə təhrif olunmuş” seksual xarakterli məlumatların yayılması cinayəti ilə əlaqədar olan K.U. Finlandiyaya qarşı məhkəmə işində Avropa  Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “baxmayaraq ki, ifadə azadlığı və məlumatların ötürülməsinin konfidensiallığı birinci dərəcəli əhəmiyyət daşıyır və telekommunikasiya və İnternet xidmətlərinin istifadəçiləri onların şəxsi həyatının toxunulmazlığına və ifadə azadlığına hörmət edildiyinə əmin olmalıdırlar, belə təminatlar qeyri-məhdud ola bilməz və müəyyən hallarda digər qanuni tələblər, məsələn, iğtişaşın və ya cinayətin qarşısının alınması, yaxud digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi onlardan üstün tutula bilər” (K.U. Finlandiyaya qarşı iş, № 2872/02, §49).
Əsil hüquqpozanın müəyyən edilməsinə və ədalət mühakiməsinə cəlb olunmasına imkan yaradan hüquqi müdafiə vasitəsi mövcud olmalıdır,… İnternetdə anonimlik mühüm dəyər olsa da, digər şəxslərin hüquq və maraqları ilə balanslaşdırılmalıdır (DELFİ AS Estoniyaya qarşı məhkəmə işi, № 64569/09, 16.06.2015, §149).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.