Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi qeyd edir ki, İnternetdə anonimliyin müxtəlif dərəcələri mümkündür. İnternet istifadəçisi geniş ictimaiyyət üçün anonim qala bilər, amma onun kimliyi xidmət təchizatçısı tərəfindən onun istifadəçi məlumatları və ya əlaqə məlumatları vasitəsilə müəyyənləşdirilə bilər, həmin məlumatların yoxlanılması isə ya qeyri-mümkün ola, ya da məhdud çərçivəli yoxlamadan tutmuş (məsələn, onun istifadəçi məlumatlarını elektron poçtu ünvanı ilə və ya sosial şəbəkələrdəki istifadəçi məlumatları ilə tutuşdurmaqla) kimliyinin tam müəyyənləşdirilməsinə qədər müəyyən dərəcədə mümkün ola bilər, bu zaman istifadəçinin kimliyini istər milli elektron şəxsiyyət vəsiqələri, istərsə də onlayn bank əməliyyatları sisteminin məlumatları vasitəsilə daha əminliklə müəyyənləşdirmək olar…. Belə məlumatların açıqlanması üçün adətən istintaq və ya məhkəmə orqanlarının qərarı tələb olunur və onlar məhdudlaşdırıcı şərtlərlə təqdim edilir (DELFİ AS Estoniyaya qarşi məhkəmə işi (№ 64569/09, 16.06.2015, §148).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı