Şriftin ölçüsü :

Saytın rəngi :

#maariflənək - “prokuror təsir aktı olan xəbərdarlıq elan edilib”

30.08.2022

  #maariflənək   Bəzən Baş Prokurorluq tərəfindən yayılan məlumatlarda “prokuror təsir aktı olan xəbərdarlıq elan edilib” kimi cümlələrə rast gəlinir. Xalq arasında xəbərdarlıq dedikdə qəbahət işləmiş şəxsə növbəti qəbahətinin daha ağır nəticələrə səbəb olacağını qabaqcadan demək, bildirmək, çatdırmaq başa düşülür. Prokuror təsir aktlarının növlərindən biri olan xəbərdarlıq isə qanun pozuntularından çəkindirmək məqsədi ilə edilir və prokuror və ya onun müavini tərəfindən vətəndaşa və ya vəzifəli şəxsə rəsmi elan edilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.