Şriftin ölçüsü :

Saytın rəngi :

Gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub

22.08.2022

  Avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü  Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
  Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
  Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
  Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
  Hazırda istintaq tədbirləri davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.