Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin NƏZƏRİNƏ

19.08.2022

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 26-da saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcəkdir. 
  Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcəkdir. 
  Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.