Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon sakininin həmyerlisi tərəfindən xuliqanlıq niyyəti ilə öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işi tamamlanıb

19.08.2022

  2022-ci il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

  İstintaqla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  İş üzrə toplanmış sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.