Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığı (İnternetdə Şəxsi həyata hörmət)

17.08.2022

  Avropa Məhkəməsi bildirir ki, şəxsin nüfuzunun müdafiə edilməsi hüququ şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olmaqla Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqdur (Şovi və başqaları Fransaya qarşı, § 70; Pfayfer Avstriyaya qarşı, № 12556/03, § 35, 15.11.2007; Polanko Torres və Movilya Polanko İspaniyaya qarşı, № 34147/06, § 40, 21.09.2010). 
  Dövlətin ziddiyyətə girən fərdi maraqlar və ya Konvensiya hüquqları arasında balansı gözləməsi tələb olunursa, Avropa Məhkəməsi tərəfindən dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir (Evans Birləışmiş Krallığa qarşı, № 6339/05, § 77; Şassanyu və başqaları Fransaya qarşı, № 25088/94, 28331/95 və 28443/95, § 113; Eşbi Donald və başqaları Fransaya qarşı, №36769/08, § 40, 10.01.2013).
  Avropa Məhkəməsi bu faktı diqqətindən qaçırmır ki, İnternetdə məlumatlar asanlıqla, geniş miqyasda və sürətlə yayılır və bir dəfə İnternetdə açıqlanmış olan məlumat orada uzun müddət qalır ki, bu da ənənəvi media ilə müqayisədə İnternetdəki qanunsuz çıxışların mənfi təsirlərini əhəmiyyətli dərəcədə ağırlaşdıra bilər. Əsil hüquqpozanın müəyyən edilməsinə və ədalət mühakiməsinə cəlb olunmasına imkan yaradan hüquqi müdafiə vasitəsi mövcud olmalıdır (DELFİ AS Estoniyaya qarşı məhkəmə işi, № 64569/09, 16.06.2015, §147-149).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.