Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - İfadə azadlığı (İnternetdə qanunsuz çıxışlara görə məsuliyyət)

15.08.2022

  Avropa Məhkəməsi qeyd edir ki, istifadəçilərin İnternetdə fikirlərini ifadə etməyə yönələn fəaliyyəti ifadə azadlığı hüququnun həyata keçirilməsi üçün misilsiz platforma təşkil edir. Lakin bu faydalı cəhətlərlə yanaşı, müəyyən təhlükələr də meydana çıxa bilər. Ləkələyici və açıq-aydın qanunsuz olan çıxışlar, o cümlədən nifrət yayan və zorakılığa təhrik edən çıxışlar sürətlə, saniyələr ərzində bütün dünyaya yayıla və bəzi hallarda daim İnternetdə qala bilər.
  Beləliklə, Avropa Məhkəməsi ifadə azadlığının həyata keçirilməsinə İnternetin mühüm faydalar verdiyini etiraf etməklə yanaşı, onu da nəzərə alır ki, ləkələyici və ya digər növ qanunsuz çıxışlara görə məsuliyyət prinsipcə qüvvədə saxlanmalıdır və bu tədbir şəxsiyyətə aid hüquqların pozuntularına qarşı səmərəli hüquqi müdafiə vasitəsi təşkil edir (DELFİ AS Estoniyaya qarşi məhkəmə işi, № 64569/09, 16.06.2015, §110).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.