Şriftin ölçüsü :

Saytın rəngi :

Quba rayon sakini Abil Zeynalovun sağ olmasına baxmayaraq ölmüş elan edilməsi faktı ilə bağlı araşdırma aparılır

15.08.2022

  Bəzi media və sosial şəbəkə səhifələrində Rusiya Federasiyasında yaşayan Zeynalov Abil Hacıbaba oğlunun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılmışdır.
  Məlum olmuşdur ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş  və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunmuşdur.
  Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri  sənədlərin həqiqiliyini və  qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır. 
      Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.