Şriftin ölçüsü :

Saytın rəngi :

Tanımadığı şəxsə bıçaqla xəsarət yetirib qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

15.08.2022

  Avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
  Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına  bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
  Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
  Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
  Hazırda istintaq tədbirləri davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.