Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası

11.08.2022

 Avropa Məhkəməsinin presedent hüququna əsasən, təqsirsizlik prezumpsiyası ona qarşı cinayət ittihamı irəli sürülən şəxslərin qanuna müvafiq şəkildə təqsiri sübuta yetirilənə qədər təqsirli olması fikrini ancaq məhkəmə tərəfindən ifadə etməsini qadağan etmir (Minelli İsveçrəyə qarşı, 25 mart 1983, § 38), həmçinin digər vəzifəli şəxslər tərəfindən davam edən cinayət istintaqı barədə etdikləri bəyanatlara da şamil edilir – hansı ki, ictimaiyyəti şübhəli şəxsin təqsirli olmasına inandırır və səlahiyyətli məhkəmə orqanı tərəfindən faktların qiymətləndirilməsinə qabaqcadan təsir edir (Allenet de Ribemont Fransaya qarşı, 10 fevral 1995, § 41, və Daktaras Litvaya qarşı, 10 oktyabr 2000 §§ 41-43). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi davam edən cinayət istintaqı barədə ictimaiyyəti məlumatlandırmaqdan çəkindirmir, lakin o, bunu təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşılması üçün sərbəstlik və ehtiyatlılıq şərtlərinə uyğun olaraq edilməsini tələb edir (Allenet de Ribemont Fransaya qarşı, 10 fevral 1995, § 38). Avropa Məhkəməsi müəyyən etmişdir ki, təqsirsizlik prezumpsiyası o halda pozulur ki, məhkəmə qərarı və ya vəzifəli şəxsin bəyan etdiyi fikir cinayət əməlində ittiham olunan şəxsin qanuna müvafiq şəkildə təqsiri sübuta yetirilənə qədər təqsirli olmasını göstərsin. Formal sübutun olmadığı təqdirdə məhkəmənin və ya vəzifəli şəxsin təqsirləndirilən şəxsi təqsirli adlandırılmasına dair hər hansı əsaslandırmanın olması belə kifayət edir. Əsas fərq kiminsə cinayət törətməkdə şübhəli olmasına dair bəyanat ilə son hökm olmadığı halda şəxsin cinayətin törətməsini qeyd edən aşkar bəyanatdadır. Məhkəmə həmişə dövlət rəsmilərinin öz bəyanatlarında söz seçiminin vacibliyini vurğulamışdır, xüsusən də şəxs konkret cinayəti törətməyə görə məhkum olunmayıbsa və onun təqsiri təsdiq olunmayıbsa (Khuzhin və başqaları Rusiyaya qarşı, § 94).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.