Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi qulluqçunun minaya düşməsi nəticəsində həlak olması faktı ilə bağlı cinayət işi başlanıb

05.08.2022

 Avqustun 05-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində  Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olmuşdur.

 Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

 Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilmişdir.

 Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.