Şriftin ölçüsü :

Saytın rəngi :

İşə düzəltmək adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

05.08.2022

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun  dövlət qurumuna  köçürülmə qaydasında  işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı  Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.