Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul etmişdir

03.08.2022

Avqustun 3-də Baş prokuror Kamran Əliyev Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.
Qəbulda iştirak edən 83 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra Baş prokuror Kürdəmir, Göyçay və Zərdab rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.