Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası (Mətbuatda ədavətli kampaniya)

03.08.2022

Məhkəmə işləri ictimai maraq kəsb etdikdə, bəzən demokratik cəmiyyətdə mətbuat tərəfindən sərt şərhlərin verilməsi qaçılmaz ola bilər (Viorel Burzo Rumıniyaya qarşı, §160; Akay Türkiyəyə qarşı).
Lakin qəzəbli mətbuat kampaniyası ictimai rəyə təsir etməklə məhkəmə araşdırmasının ədalətliliyinə mənfi təsir göstərə və nəticədə andlıların təqsirləndirilən şəxsin təqsirli olması barədə qərar olan şübhəli şəxsin məhkəmənin ön fikirlərinin olması ilə bağlı subyektiv narahatlıqlarının olması deyil, onun narahatlığının xüsusi şərait daxilində obyektiv olaraq əsaslı olub-olmamasıdır (Vlox Polşaya qarşı, Daktaras Litvaya qarşı, Prebke İtaliyaya qarşı, Mustafa Kamal Mustafa (Əbu Həmzə) (№ 1) Birləşmiş Krallığa qarşı §§ 37,40).
Şübhəlilərin fotoşəkillərin dərc olunması öz-özlüyündə təqsirlik prezumpsiyasının pozulmasını təcəssüm etdirmir (Y.B. və başqaları Türkiyəyə qarşı, § 47). Şübhəlinin fotoşəkillərinin televiziyada yayımlanması müəyyən hallarda Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi çərçivəsində sualın meydana gəlməsinə səbəb ola bilər (Rupa Rumıniyaya qarşı, (№ 1), § 232).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.