Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilərək İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etməyə görə məsuliyyət müəyyən etmiş 137-ci maddə “İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası” adlandırılmaqla yeni redaksiyada verilmişdir.
Həmin maddədə aşağıdakı əməllərə görə cinayət məsuliyyəti müəyyən edilmişdir:
- insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi;
- şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə;
- İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi.
Həmin əməllərə görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməklə, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduğu halda isə yuxarı həddi yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit edilmişdir.
Qeyd olunan cinayətlər törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulan əməllərin dairəsinə əlavə edilmişdir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə yeni 162-1-ci (İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması) maddə əlavə edilməklə, aşağıdakı əməllərə görə inzibati məsuliyyət müəyyən edilmişdir:
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı;
- orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmaması;
- canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması;
-canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi;
- şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılması.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı