Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

02.08.2022

Cari ilin iyulun 29-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq orqanları nümayəndələrinin iştirakı ilə “Yealink” onlayn platforması vasitəsi ilə videokonfrans keçirilmişdir.
Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən təşkil edilmiş, prokurorların peşə hazırlığı və ixtisaslarının artırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş videokonfransa Rusiya Federasiyası Prokurorluğu Universitetinin prorektoru,fəxri işçi Tofiq Aşurbəyov sədrik etmişdir.
Tədbirin əsas məqsədi prokurorların peşə hazırlığının həyata keçirilməsi ilə bağlı tədris müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində müsbət təcrübənin müzakirəsi olmuşdur.
Sözügedən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin  prokurorları Nigar Əskərova və Rauf Abdullayev təmsil etmişlər.
Videokonfrans zamanı təmsilçimiz tərəfindən  Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində mövcud olan qanunvericilik və bu sahədə prokurorluqda keçirilən təlim tədbirləri barəsində dinləyicilərə ətraflı məlumat verilmişdir.
Tədbirdə həmçinin Türkiyə, Çin, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Monqolustan nümayəndələri də iştirak etmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.