Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası (Məhkəmə orqanlarının bəyanatları)

01.08.2022

  Cinayət törətməkdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı təqsiri qanuna uyğun olaraq sübut olunmamışdan əvvəl həmin şəxsin təqsirli olduğuna dair rəy ehtiva edərsə, təqsirsizlik prezumpsiyası pozulmuş olur. Hər hansı rəsmi qənaət olmadığı halda, məhkəmənin təqsirləndirilən şəxsə təqsirli kimi baxdığına işarə edən müəyyən mühakimələrin irəli sürülməsi belə kifayətdir (Minelli İsveçrəyə qarşı, § 37; Neratini Yunanıstana qarşı, § 23; Didu Rumıniyaya qarşı, § 41). Məhkəmənin özü tərəfindən belə rəyin vaxtından əvvəl ifadə olunması bu prezumpsiyanı mütləq surətdə pozur (Nestak Slovakiyaya qarşı, § 88; Qaritski Polşaya qarşı, § 66).
  Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin tətbiqində vacib olan sözügedən bəyanatların ifadə forması deyil, əsl mənasıdır (Lavents Latviyaya qarşı, § 126).
  Ərizəçinin yekunda təqsirli hesab olunması faktı qanuna uyğun olaraq təqsiri sübut olunana qədər təqsirsiz hesab olunmaq barədə ilkin hüququnu ləğv etmir (Matiyaşeviç Serbiyaya qarşı, § 49; Nestak Slovakiyaya qarşı, § 90).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.