Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Bakı şəhərinin Suraxanı, Xəzər və Pirallahı rayon prokurorluqlarında olmuşdur

29.07.2022

İyulun 29-da Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Suraxanı, Xəzər və Pirallahı rayon prokurorluqlarında olmuşdur.
Rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, cinayət təqibindən kənar icraatların aparılması, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində tapşırıqlar vermiş, prokurorluq işçilərinin üzərlərinə düşən vəzifələrin icrasında prinsipiallığın artırılmasını tələb etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.