Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası (Vəzifəli şəxslərin bəyanatları)

29.07.2022

Təqsirsizlik prezumpsiyası yalnız hər hansı hakim və ya məhkəmə tərəfindən deyil, həm də başqa dövlət orqanları tərəfindən pozula bilər (Allene De Ribemon Fransaya qarşı, § 36; Daktaras Litvaya qarşı, § 42; Petyo Petkov Bolqarıstana qarşı, § 91). Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi vəzifəli şəxslərin davam etməkdə olan cinayət işi istintaqı haqqında ictimaiyyəti şübhəlinin təqsirli olduğuna inanmağa təşviq edən və faktların səlahiyyətli məhkəmə orqanları tərəfindən qiymətləndirilməsi ilə bağlı əvvəlcədən mühakimə yürütməsini qadağan edir (İsmoilov və başqaları Rusiyaya qarşı, §161; Butkeviçius Litvaya qarşı, § 53).
Təqsirsizlik prezumpsiyası prinsipi hakimiyyət orqanlarına davam etməkdə olan cinayət işinin istintaqı barədə ictimaiyyəti məlumatlandırmağı qadağa etməsə də, onlardan təqsirsizlik prezumpsiyasına riayət etmək məqsədilə son dərəcə ehtiyatlı olmağı tələb edir (Fətullayev Azərbaycana qarşı, § 159; Allene de Ribemon Fransaya qarşı, § 38; Qaritski Polşaya qarşı, § 69).
Məhkəmə vəzifəli şəxslərin təqsirləndirilən şəxs mühakimə olunmamışdan və hüquq pozuntusunun törədilməsində təqsirli bilinməmişdən əvvəl verdikləri bəyanatlarında seçdikləri sözlərin
əhəmiyyətini xüsusi vurğulanmışdır (Daktaras Litvaya qarşı, § 41; Arriqo və Vella Maltaya qarşı; Xujin və başqaları Rusiyaya qarşı, § 94).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.