Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin məqsədi məhkəmədən əvvəl verilmiş icraatla sıx əlaqəli bəyanatların ədalətli məhkəmə araşdırmasına zərər verməsinin qarşısının alınmasıdır. Belə məhkəmə icraatı mövcud olmadığı halda cinayət və ya başqa qəbahətli davranışlar haqqında bəyanatlar əhəmiyyətli dərəcədə iftira əleyhinə müdafiə, eləcə də mülki hüquqların müəyyən edilməsi məqsədilə məhkəməyə adekvat çatımlılığa uyğun gəlir, bu da Konvensiyanın 6-cı və 8-ci maddələri çərçivəsində potensial məsələlər meydana çıxarır (Zollmann Birləşmiş Krallığa qarşı, İsmoilov və başqaları Rusiyaya qarşı, § 160).
Kiminsə sadəcə cinayət törətməkdə şübhəli bilinməsi haqqında bəyanat və yekun ittiham hökmü olmadığı halda, hər hansı fərdin sözügedən cinayəti törətdiyi haqqında aydın bəyanat arasında fundamental fərqləndirmə aparılmalıdır (İsmoilov və başqaları Rusiyaya qarşı, § 166; Nestak Slovakiyaya qarşı, § 89). Sonuncu təqsirlik prezumpsiyasını pozur, birinci isə Məhkəmə tərəfindən nəzərdən keçirilən müxtəlif hallarda məqbul hesab edilmişdir (Qaritski Polşaya qarşı, § 67).
Hakimlər tərəfindən verilən bəyanatlar istintaq orqanlarının bəyanatları ilə müqayisədə daha ciddi təhlil edilir (Pandi Belçikaya qarşı, § 43).
Təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı şübhələrin səsləndirilməsinə cinayət mühakimə icraatının bəraət mahiyyətli qərarla yekunlaşmasına qədər yol verilə bilər (Sekanina Avstriyaya qarşı, § 30). Lakin bəraət hökmü qüvvəyyə mindikdən sonra hər hansı təqsirlilik şübhəsinin səsləndirilməsi təqsirsizlik prezumpsiyasına ziddir (Ruşiti Avstriyaya qarşı, § 31; O.Norveçə qarşı, § 39; Qirinqz Niderlanda qarşı, § 49; Paraponiaris Yunanıstana qarşı, § 32).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı