Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Bakı şəhərinin Səbail, Qaradağ və Yasamal rayon prokurorluqlarında olmuşdur

26.07.2022

İyulun 26-da Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Səbail, Qaradağ və Yasamal rayon prokurorluqlarında olmuşdur.

Rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə cinayətkarlığa qarşı mübarizə, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar tapşırıqlar vermiş, prokurorluq orqanlarının qarşısında duran vəzifələrin icrasında hər bir əməkdaşın peşəkarlığının və nəzəri biliklərinin artırılmasının, vəzifə borcunun layiqincə yerinə yetirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.