Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verilib

25.07.2022

Bəzi media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır.
Bununla əlaqədar bildiririk ki,  Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə  sonuncunun  2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə  ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Həmin  məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilmişdir. 
21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.