Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.
Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 29 iyul 2022-ci il tarixdə saat 10:00-da baş tutacaq növbəti görüşü çərçivəsində “Biznes mühitində korrupsiya və ondan müdafiə mexanizmləri” mövzusunda videokonfrans rejimində seminar-müşavirənin keçirilməsi nəzərdə tutulmuşdur.
İki hissədən ibarət olacaq tədbirdə qeyd olunan mövzu ilə əlaqədar müxtəlif qurumların nümayəndələrinin çıxışları və eləcə də işçi qrupun üzvləri tərəfindən 2022-ci ilin birinci yarımili ərzində müvafiq “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlərin müzakirəsi həyata keçiriləcəkdir.
Qeyd edilməlidir ki, özəl sektor nümayəndələri qeyd olunan görüşdə iştirak edərək iclasın gündəliyinə daxil olan məsələlər üzrə müvafiq təkliflər vermək imkanına malikdirlər.
Görüş barədə ətraflı məlumatın https://azranking.az/az/protocols-announcements/biznes-muhiti-ve-beynelxalq-reytinqler-uzre-komissiyanin-korrupsiya-ve-seffafliq-isci-qrupunun-novbeti-iclasi-kecirilecekdir keçidindən əldə edilməsi mümkündür.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı