Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb

20.07.2022

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.
Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.