Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb

15.07.2022

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
İyulun 15-də nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.
Şəhidlər xiyabanından sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanışlıq olmaqla yanaşı, onlara  həmçinin Mərkəzdə yerləşən muzey və eksponatlar barədə  ətraflı məlumat verilmişdir.
Səfər çərçivəsində Azərbaycanın Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüşüb.
Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.                          
   Bundan sonra,  qonaqlar paytaxtımızın tarixi və  mədəni abidələri ilə tanış olublar.  
Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.