Şriftin ölçüsü :
Saytın rəngi :
Təqsirsizlik prezumpsiyası həmçinin cinayət ittihamından bəraət almış və ya əleyhinə cinayət mühakimə icraatı davam edən fərdləri dövlət məmurları və hakimiyyət orqanlarının onlarla ittiham olunduqları qanun pozuntusuna görə təqsirli şəxs kimi rəftar etməsinə qarşı qoruyur. Hər hansı başqa icraat çərçivəsində çıxarılan bəraət və ya işə xitam verilməsi haqqında qərara əməl olunması üçün bu müdafiə mövcud olmasaydı, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan təminatların nəzəri və xəyali olması riski yaranardı. Cinayət mühakimə icraatı yekunlaşdıqdan sonra həmin şəxsin nüfuzu və ictimaiyyət tərəfindən necə qəbul olunacağı da əhəmiyyətlidir (Allen Birləşmiş Krallığa qarşı, [BP], § 94).
Sonrakı icraatlar kontekstində Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin tətbiqi haqqında sual meydana gəldikdə, ərizəçi yekunlaşdırılmış cinayət mühakimə icraatı və sonrakı icraatlar arasında bağlılığı nümayiş etdirməlidir. Belə bağlılıq, məsələn, sonrakı icraatlar əvvəlki cinayət mühakimə icraatının nəticəsinin yoxlanmasını tələb etdikdə və xüsusən, məhkəmə üzərinə cinayət ittihamını təhlil etmək; cinayət işinin materiallarına daxil olan sübutları təkrar nəzərdən keçirmək və ya qiymətləndirmək; ərizəçinin cinayət ittihamına gətirib çıxaran hadisələrin hamısında və ya bir qismində iştirakını qiymətləndirmək; yaxud ərizəçinin mümkün təqsirinə dəlalət edən mövcud əlamətlər haqqında rəy bildirmək öhdəliyi qoyduqda mövcud ola bilər (Allen Birləşmiş Krallığa qarşı, [BP], § 104).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı