Şriftin ölçüsü :

Saytın rəngi :

İşə düzəltmək adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

15.07.2022

Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı  Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.