Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyasının tətbiq dairəsi (Cinayət mühakimə icraatı)

14.07.2022

Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi cinayət təqibinin nəticəsindən asılı olmayaraq, yalnız ittihamın mahiyyətinə baxışı deyil, bütövlükdə cinayət mühakimə icraatını tənzimləyir (Ponselet Belçikaya qarşı, § 50; Minelli İsveçrəyə qarşı, § 30; Qaritski Polşaya qarşı, § 68).
İcraat apellyasiya çərçivəsində davam edərkən birinci instansiya məhkəməsində icraatın təqsirləndirilən şəxs barədə ittiham hökmü ilə nəticələnməsi təqsirsizlik prezumpsiyasını qüvvədən salmır (Konstas Yunanıstana qarşı, § 36).
İttiham olunan şəxsin təqsiri lazımi qaydada sübuta yetirildikdə, 6-cı maddənin 2-ci bəndi cəzalandırma prosesinin hissəsi olaraq təqsirləndirilən şəxsin xarakteri və davranışı ilə bağlı ittihamlarla əlaqədar tətbiq oluna bilməz, lakin belə ittihamların Konvensiyadakı müstəqil mənası çərçivəsində yeni “ittihamın” başladılmasına gətirib çıxaracaq xarakterdə və dərəcədə olduğu hallar istisna təşkil edir (Fillips Birləşmiş Krallığa qarşı, § 35; Bohmer Almaniyaya qarşı, § 55; Qiringz Niderlanda qarşı, § 43).
Bununla belə, təqsirləndirilən şəxsin təqsirsizlik presumpsiyası və ittiham tərəfindən ona qarşı irəli sürülən ittihamları sübutetmə yükünü daşımağı tələb etmək hüququ cəzalandırma proseduruna tətbiq olunan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi çərçivəsində ümumi ədalətli məhkəmə araşdırması anlayışının bir hissəsini təşkil edir (Fillips Birləşmiş Krallığa qarşı, §§ 39-40; Qreyson və Barnham Birləşmiş Krallığa qarşı, §§ 37 və 39).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.